Noyabrın 24-də Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb. Həmçinin axtarışda olan 137 nəfər tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Axtarışda olduğuna görə saxlanılan 137 nəfərdən 127-si borclu şəxs qismində axtarışda olub.
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.