Lənkəranın 7 kəndində işıq yoxdur

Bu gün Lənkəranın 7 kəndində təmir işləri ilə bağlı elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranıb.

Saat 10:00-dan 12:00-dək “Hirkan” hava xəttində təmir işləri aparılacaq.

Bu səbəbdən Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndlərində 6500 abonentin elektrik enerjisi ilə təchizatında məhdudiyyət tətbiq olunacaq.\\qafqazinfo