Quba şəhərində gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
"BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq parkın ərazisində yerləşən hasara çırpılıb.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib. Lakin sürücü və onun ailə üzvləri xəsarət almayıblar.
Faktla bağlı araşdırma aparılır.