“Gilan Qəbələ Aqrotexservis”in səhmdarları torpaq sahəsi ilə bağlı qərar verəcəklər

“Gilan Qəbələ Aqrotexservis” ASC-nin səhmdarları şirkətə ayrılmış torpaq sahəsi ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Şirkətin elanına əsasən, səhmdarların növbədənkənar ümumi yığıncağı 28 dekabr 2026-cı il saat 11:00-da Qəbələ rayonunun Hacallı kəndində yerləşən ASC-nin inzibati binasında keçiriləcək.

Yığıncağın gündəliyinə şirkətə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqi vəziyyətin tənzimlənməsi və müvafiq qərarın qəbulu, eləcə də digər cari məsələlər daxildir. Şirkət elanda torpaq sahəsinin ölçüsünü və müzakirəyə çıxarılacaq qərarın məzmununu açıqlamayıb.

Səhmdarlar yığıncaqda şəxsən və ya səlahiyyəti etibarnamə ilə təsdiqlənmiş nümayəndə vasitəsilə iştirak edə bilərlər.