Türkiyənin Eskişehir vilayətində hərbi helikopter qəzaya uğrayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik açıqlamasında bildirib ki, təlim məqsədilə Eskişehirdən havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter qəzaya uğrayıb.
Helikopterin qalıqları aşkarlanıb, axtarış-xilasetmə işləri davam etdirilir.