Türkiyədə zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Milas rayonunda 4,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 18:39-da qeydə alınan zəlzələnin ocağı 7,28 kilometr dərinlikdə yerləşib.