Ceyhun Bayramov: Qonşu dövlətlərdə baş verən narahatedici hadisələr bizim üçün də ciddi çağırışdır

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qonşu dövlətlərdə və regionda baş verən narahatedici proseslərin ölkəmiz üçün də ciddi çağırış yaratdığını bildirib.

Bunu nazir Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramov qeyd edib ki, müzakirələr zamanı qonşu ölkələrdə və ətraf bölgələrdə baş verən narahatedici hadisələr ətrafında da fikir mübadiləsi aparılıb:

“Azərbaycan və Gürcüstan mövcud imkanları çərçivəsində bu məsələlərə dair müzakirələr aparır”.