Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatında qızıl medal qazanıb. Bilalhəbaşi Nəzərovun (50 kq) ardınca Nicat Alırzayev (70 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Zviad Tçotçua (Gürcüstan) ilə döyüşüb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz Avropa çempionu olub.
Beləliklə, Azərbaycan millisi 39 ölkədən 276 idmançının qatıldığı qitə çempionatını 4 medalla başa vurub. Bilalhəbaşi Nəzərovla (50 kq) Nicat Alırzayev (70 kq) qızıl, Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) bürünc mükafat qazanıblar.