Kardiologiya İnstitutunda həkimlərə konkret tapşırıqlar verildi

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən işçi müşavirədə həftəlik fəaliyyət hesabatı dinlənilib. Səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində tibbi xidmətin keyfiyyətinə nəzarətin gücləndirilməsi, müalicə təyin edilərkən klinik protokollara və müasir klinik tövsiyələrə riayət olunması, eləcə də əmək intizamının təmin edilməsi müzakirə olunub.

Çağırışçıların tibbi müayinəsi ilə bağlı İnstituta həvalə edilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün şöbələrin fəaliyyətinin əlaqələndirilməsi və mövcud imkanların səfərbər edilməsi vurğulanıb. Müşavirənin yekununda məsul şəxslərə konkret tapşırıqlar verilib.