Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti görüşü keçiriləcək.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, ikitərəfli münasibətlərlə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasında çoxtərəfli əməkdaşlıq formatları da mövcuddur.

“Bu çərçivədə daha geniş coğrafiyanı əhatə edən məsələlər, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunur. Bu formatlardan biri də Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığıdır. Növbəti görüşün Gürcüstanda keçirilməsi nəzərdə tutulur”.