Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən qondarma rejim nümayəndələri özləri üçün yeni ofis axtarır.
Bu barədə "Qraparak" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, keçmiş qondarma rejimin nümayəndələri bir neçə sahibkara müraciət edərək yeni nümayəndəlik üçün uyğun məkan tapmaqda kömək istəyiblər.
Məlumata əsasən, noyabrın 26-da Apellyasiya İnzibati Məhkəməsi separatçıların "İrəvandakı nümayəndəliyinin" hazırkı binasının mülkiyyət hüququ ilə bağlı mübahisəyə baxacaq.
Məhkəmənin Baş Prokurorluğun əmlakın qeydiyyatının etibarsız sayılması tələbi ilə razılşacağı gözlənilir.