Dövlət Statistika Komitəsinin iki şöbəsinin adı dəyişdirilib.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, komitənin sədri Azər Mursaqulov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrlə, Sənaye və tikinti statistikası şöbəsinin adı dəyişdirilərək Sənaye, tikinti və energetika statistikası şöbəsi adlandırılıb.
Digər əmrlə, Dayanıqlı inkişaf statistikası şöbəsinin adı dəyişdirilərək Dayanıqlı inkişaf və ətraf mühit statistikası şöbəsi adlandırılıb.
Hər iki şöbənin rəhbərliyində dəyişiklik edilməyib.