Nazirlər Kabinetinin saytında yenilik…

Nazirlər Kabinetinin saytında mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi siyahısı yenilənib.

Medianews.az bildirir ki, siyahıdakı 35 mərkəzi icra hakimiyyəti orqanının 17-si nazirlikdir: Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi.

7 dövlət komitəsi var: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi.

5 dövlət xidməti fəaliyyət göstərir: Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.

5 agentlik siyahıdadır: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət).

1 orqan idarədir: Milli Arxiv İdarəsi.

Başqa bir mərkəzi icra hakimiyyəti orqanının - Dövlət Su Ehtiyatları Agentliyinin adı Nazirlər Kabinetinin siyahısında yoxdur.