"Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib

"Baku Steel Company" (BSC) QSC Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib. Tədbirin işgüzar proqramına plenar iclas, tematik sessiyalar və biznes dairələrinin nümayəndələri arasında görüşlər daxil olub. Forumda iki ölkə arasında metallurgiya, energetika və infrastruktur sahələrində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib. BSC-nin baş direktorunun müavini Sultan Əskərov qabaqcıl istehsal texnologiyaları və sənayenin rəqəmsal transformasiyasına həsr olunmuş panel sessiyasında çıxış edərək şirkətdə avtomatlaşdırma, süni intellekt və rəqəmsal həllərin istehsal səmərəliliyinin artırılması və yüksək əlavə dəyərli məhsulların inkişafında tətbiqindən danışıb.