Kadırovun oğlu soyadını dəyişərək Serbiya vətəndaşlığı alıb

Çeçenistan rəhbəri Ramzan Kadırovun ikinci oğlu Əli Kadırovun başqa soyadla Serbiya vətəndaşlığı aldığı üzə çıxıb.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) məlumat yayıb.

Fond Serbiyanın rəsmi dövlət bülletenində Əli Kadırova vətəndaşlıq verilməsi barədə qərar aşkarlayıb.

Məlumata görə, Kadırovun oğlu 2025-ci ilin iyulunda, 18 yaşında olarkən “xüsusi xidmətlərinə görə” Əli Musayev adı ilə Serbiya pasportu alıb.

Fondun iddiasına görə, onun eyni adla verilmiş məxfi Rusiya pasportu da var. Əli Kadırov bu sənədlə uzun müddətdir şəxsi təyyarələrlə xarici ölkələrə səfər edir.

FBK Serbiya hakimiyyətinə müraciət edərək Kadırovun oğlunun vətəndaşlıqdan məhrum edilməsini tələb edib.