ABŞ Prezidenti Donald Trampın administrasiyası Sinqapurun “Megaspeed” şirkətini ticarət üzrə qara siyahıya salmağa hazırlaşır.
Bu barədə “Semafor” portalı məlumat yayıb.
Məlumata görə, ABŞ hakimiyyətinin “Nvidia” şirkətinin baş direktoru Censen Huanq ətrafında yaranmış qalmaqalla əlaqələndirdiyi “Megaspeed” artıq bazar ertəsi qara siyahıya daxil edilə bilər.
Qərar qüvvəyə minərsə, Amerika şirkətlərinə ABŞ hökumətindən xüsusi lisenziya almadan “Megaspeed”ə və onun xarici bölmələrinə yarımkeçiricilər də daxil olmaqla müəyyən texnologiyaların satışı qadağan ediləcək.
ABŞ hakimiyyəti “Megaspeed” şirkətini Censen Huanqla bağlı qalmaqalda adı hallanan Elis Huanqla əlaqələndirir.
Noyabrın ortalarında ABŞ Ədliyyə Nazirliyinin “Nvidia” ilə bağlı bir neçə araşdırma apardığı, onlardan birinin “Megaspeed” şirkəti ilə əlaqəli olduğu bildirilmişdi.
Məlumata əsasən, noyabrın 12-də Censen Huanq Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranmış qalmaqal fonunda “Nvidia”nın baş direktoru və prezidenti vəzifələrindən, həmçinin direktorlar şurasından ayrılıb.
Daha sonra şirkətin direktorlar şurası onun vəzifəsinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib.
Çin Xarici İşlər Nazirliyi isə həmin qadının Çin kəşfiyyatına işləməsi ilə bağlı iddiaları böhtan adlandırıb.