İspaniya La Liqasının istifadəçilərə xidmət göstərən texnoloji platforması kiberhücuma məruz qalıb.
Nəticədə azarkeşlərin və klubların rəqəmsal xidmətlərindən istifadə edən şəxslərin fərdi məlumatları ələ keçirilib.
Hücum noyabrın 14-dən 16-dək davam edib. La Liqanın təhlükəsizlik xidmətləri müdaxiləni müəyyənləşdirərək hücumun qarşısını alıb və icazəsiz girişi bloklayıb.
Qurumun məlumatına görə, insident yalnız bir platformaya təsir edib, digər sistemlərə və yarışların keçirilməsinə zərər dəyməyib. Hadisə ilə bağlı İspaniyanın Məlumatların Qorunması Agentliyinə və Milli Polisin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinə müraciət olunub. Araşdırma davam edir.