La Liqa kiberhücuma məruz qaldı

İspaniya La Liqası kiberhücuma məruz qalıb.

Bu barədə klukiberhücum nəticəsində azarkeşlərin və bir neçə klubun şəxsi məlumatları oğurlanıb.

Hadisə 14-16 noyabr tarixləri arasında kibercinayətkarın azarkeşlərə xidmət göstərmək üçün istifadə edilən texnologiya platformasına qanunsuz daxil olması ilə baş verib.

La Liqanın təhlükəsizlik xidmətləri icazəsiz girişin mənbəyini müəyyən edib və hücumun qarşısını almaq və kibercinayətkarı bloklamaq üçün bütün lazımi tədbirləri görüb. Hadisə yalnız bu platformaya təsir edib və digər La Liqa sistemlərinə, eləcə də yarışlara təsir etməyib.

Həmçinin, hadisənin miqyasını müəyyən etmək üçün platformadakı fəaliyyət təhlil edilib. Bundan əlavə, hər hansı bir hücum cəhdini əvvəlcədən müəyyən etmək və La Liqanın rəqəmsal xidmətləri üçün maksimum təhlükəsizliyi təmin etmək üçün sistem monitorinqi gücləndirilib.

Hadisə ilə bağlı İspaniya Məlumatların Mühafizəsi Agentliyinə (AEPD) məlumat verilib və araşdırmaya rəhbərlik edən Milli Polisin Mərkəzi Kibercinayətkarlıqla Mübarizə Bölməsinə hesabat təqdim edilib.

Maraqları təsirə məruz qala biləcək klublar da məlumatlandırılıb və La Liqa bütün zəruri tədbirləri onlarla əlaqələndirir.