Bakının Nəsimi rayonunda yerləşən altımərtəbəli qeyri-yaşayış binası hərraca çıxarılıb.
Elektron Hərrac Portalında yerləşdirilən məlumata əsasən, əmlakın satış qiyməti 4 milyon 253 min 210 manat müəyyən edilib.
Satışa çıxarılan bina Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşir.
Əmlak 6 mərtəbədən və 50 otaqdan ibarətdir. Binanın yerləşdiyi torpaq sahəsi 0.06076 hektar və ya 607.6 kvadratmetr təşkil edir.
Əmlak icra məmurlarının sifarişi əsasında elektron hərraca təqdim olunub.
Qeyd edək ki, hazırda binada “Green Park” hoteli fəaliyyət göstərir.