Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayanini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə məlumatlandırıb.
Bunu Ceyhun Bayramov italiyalı həmkarı, Baş nazirin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin işğaldan azad olunan torpaqlara qayıdışı məsələləri ətrafında da fikir mübadiləsi aparılıb”, - nazir qeyd edib.