Bayramovdan SON DƏQİQƏ İtaliya AÇIQLAMALARI

“İtaliya və Azərbaycan münasibətləri çox möhkəm təməl üzərində qurulub, sürətlə inkişaf edir. Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Bu müddət ərzində çoxsaylı sənədlər qəbul olunub”.

Bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə mətbuat konfransında bildirib.

Bayramov qeyd edib ki, ölkələr arasında siyasi məsləhətləşmələr davamlı olacaq:

“İki ölkə arasında indiyə kimi 65 sənəd qəbul olunub. 20-ə yaxın sənəd isə müzakirə olunur. Bugünkü danışıqlarda iqtisadi əməkdaşlıq istiqamətinə xüsusi önəm verilib. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycanda 167 İtaliya şirkəti qeydiyyatdan keçib, onlardan 124-ü aktiv fəaliyyət göstərir”.