Kür və Qudyalçayda batdığı ehtimal olunan iki nəfərin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, 1963-cü il təvəllüdlü Yaqub Telman oğlu Məmmədovun noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində batdığı ehtimal olunur. 1997-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovun isə Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal edilir.
Axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri aparır. Axtarışlar hər iki şəxsin batdığı ehtimal olunan istiqamətlərdə davam etdirilir.
FHN əlavə məlumat veriləcəyini bildirib.