Azərbaycanla İtaliya arasında yeni sənədlərin imzalanması istiqamətində iş aparılır

Azərbaycan və İtaliya arasında əməkdaşlıqla 65 sənəd mövcuddur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan və İtaliya tərəfindən hazırda 20 sənədə baxılır.

“Ümid edirik ki, bu sənədlərin yaxın gələcəkdə imzalanmasının şahidi olacağıq”, - nazir vurğulayıb.

XİN rəhbəri Azərbaycan və İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə də toxunub.