Kürdə və Qudyalçayda batan şəxslərin axtarışları davam edir - Video

Noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində batdığı ehtimal olunan 1963-cü il təvəllüdlü Məmmədov Yaqub Telman oğlunun və Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Muradov Xəyal Hidayət oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda vətədaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlərdə davam etdirilir.

Əlavə məlumat veriləcək.