ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla dostluğundan danışıb.
Kuşner bu barədə “New York” jurnalına müsahibəsində danışıb.
O, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə münasibətlərini əsl dostluq kimi xarakterizə edib.
“Bu, həqiqi dostluqdur”, - deyə Kuşner vurğulayıb.
Onun sözlərinə görə, onlar bin Salmanın səhrada yerləşən malikanələrindən birində gecələri səhərə qədər birlikdə keçiriblər. İkili tonqal ətrafında oturaraq söhbət edib, günəşin doğuşunu izləyib.
Kuşner əlavə edib ki, onlar tez-tez mesajlaşır, həmçinin birlikdə “League of Legends” kompüter oyununu oynayırlar. Onun sözlərinə görə, bu oyunun böyük həvəskarı məhz Məhəmməd bin Salmandır.