Salyan şəhərinin daxili yollarının əsaslı təmiri üzrə satınalmanın qalibi “AVTOYOLTIKINTISERVIS” MMC seçilib. Şirkət işləri təxminən 1 milyon 23 min manata görəcək.
Salyan Rayon İcra Hakimiyyətinin elan etdiyi satınalmada işlərin ehtimal olunan dəyəri 1 milyon 79 min 505 manat nəzərdə tutulmuşdur. Satınalma sentyabrın 15-də elan edilib, təkliflərin qəbulu oktyabrın 14-də başa çatıb. Tribuna.Az
Satınalma şəhərin daxili yollarının əsaslı təmirini, o cümlədən büdcədənkənar vəsait hesabına görüləcək işləri əhatə edir.
Qeyd edək ki, “AVTOYOLTIKINTISERVIS” MMC Salyan Rayon İcra Hakimiyyətinin əvvəlki satınalmalarından birində də qalib olub. Şirkət 2023-cü ildə şəhərdə çoxmənzilli kommunal binaların əsaslı təmiri üzrə 108,4 min manatlıq sifariş qazanıb.