“Real Madrid” uruqvaylı yarımmüdafiəçi Federiko Valverde ilə yeni müqavilə imzalayıb.
Bu barədə nüfuzlu insayder Fabritsio Romanonun sosial media hesabında paylaşdığı məlumatda bildirilir.
“Valverde “Real”la 2031-ci ilin iyun ayına qədər yeni müqavilə imzalayacaq. Hər şey hazırdır”, – insayder bildirib.
Federiko 2018-ci ildən bəri “kral klubu”nda oynayır. Tərəflər arasında mövcud əmək müqaviləsi 2029-cu ilin yayında başa çatır.
Daha əvvəl mətbuatda Madrid nəhənginin Valverdenin yeni müqaviləsinə sərbəst buraxılma bəndini daxil edəcəyi bildirilmişdi. Satın alma bəndi bir milyard avro təşkil edəcək.