Əslən azərbaycanlı olan 36 yaşlı musiqi prodüseri Elmir Məhərrəmovun ölümü ilə bağlı araşdırma onun 2026-cı il noyabrın 23-də Moskvanın qərbində vəfat etdiyini təsdiqləyir. Lakin hadisənin bəzi təfərrüatları ilə bağlı məlumatlarda fərqli məqamlar var. Belə ki, Məhərrəmovun meyiti noyabrın 23-də günorta saatlarında Vasili Lanovoy küçəsində yerləşən yaşayış binasının qarşısında aşkarlanıb.
RBK və Spletnik nəşrlərinin məlumatına görə, prodüser 20-ci deyil, 10-cu mərtəbədə yaşayıb. Hadisə yerində onun intihar məktubu aşkarlanmayıb.
Hüquq-mühafizə orqanları hadisənin iki əsas versiyasını araşdırır: bədbəxt hadisə və intihar.
Prodüserin tanışları və şou-biznes nümayəndələrinin sözlərinə görə, son vaxtlar onun alkoqol asılılığı ilə bağlı problemləri və böyük borcları olub. Borclarının təxminən 5 milyon rubl olduğu bildirilir. Məhərrəmovun hadisədən əvvəl spirtli içki qəbul etdiyi qeyd olunur.
Elmir Məhərrəmov on ildən artıq Rusiyanın şou-biznes sektorunda çalışıb və layihələrin 360 dərəcə idarə olunması üzrə ixtisaslaşıb. Müxtəlif illərdə Self Made Music, Archer Music və Out of Records leybllərinə rəhbərlik edib.
O, Olqa Buzova, Dima Bilan, Artik & Asti dueti, T'Killah və digər ifaçılarla əməkdaşlıq edib.