Ukrayna ilə danışıqların növbəti mərhələsi harada keçiriləcək? - Peskov AÇIQLADI

Moskva Ukrayna ilə danışıqların növbəti mərhələsinin Əbu-Dabidə keçiriləcəyini gözləyir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, hazırda Əbu-Dabidən yola düşürlər, lakin danışıqların keçiriləcəyi məkanla bağlı fərqli variantlar da ola bilər.

Qeyd edək ki, Peskov daha əvvəl yaxın gələcəkdə Ukrayna ilə danışıqların yeni mərhələsinin keçiriləcəyini açıqlamışdı.