"Pafos" Murad Məmmədovu Konfrans Liqası üçün iştirak ərizəsinə daxil edib.
Bu, Mumi Nqamaleunun zədə almasından sonra reallaşıb.
Cənubi Kipr təmsilçisinin məşqçilər korpusu UEFA-nın reqlamentindən istifadə edərək, afrikalının əvəzinə siyahıya yığmamızın vingerini salıblar.
Kiprlilər noyabrın 26-da Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda "Midtüllann"ı (Danimarka) qəbul edəcək.