Erməni əsirliyindən qaçan Faiq Məmmədov vəfat etdi – Foto

Mingəçevirdə yaşayan Birinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Məmmədov Faiq Şikar oğlu vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Yaxınlarının məlumatına görə, Faiq Məmmədov qəfil ürəktutmadan dünyasını dəyişib. Əslən Ağdam rayonundan olan mərhum doğulduğu rayonda dəfn ediləcək.

Qeyd edək ki, Faiq Məmmədov Birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən əsir götürülsə də, qaçaraq xilas olmağı bacarmışdı.