Antalyada keçirilən iqlim konfransı iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımlar gözləyənləri məyus edib.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“İqlim böhranının ciddiliyinə uyğun tədbirlərin hökumətlər tərəfindən qəbul ediləcəyini gözləyən hər kəsin dərin məyusluğunu bölüşürəm. Siyasi konsensusun olmaması elmi faktları dəyişmir: qlobal temperatur rekordları yeniləməkdə davam edir, ekstremal hava hadisələri güclənir, tullantıların həcmi isə həddindən artıq çox olaraq qalır”, - o bildirib.
Quterreş xəbərdarlıq edib ki, hər bir gecikmə iqlim problemlərinin həllini daha da çətinləşdirir və xərcləri artırır.
Qeyd edək ki, Antalyada 9-20 noyabr tarixlərində keçirilən BMT-nin COP31 iqlim konfransı 2009-cu ildən bəri ilk dəfə yekun sənəd qəbul edilmədən başa çatıb.