Pəncərədən yıxılan yazıçının son durumu

Yazıçı, jurnalist İlhamə Məmmədova reanimasiyadan çıxıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onun müalicəsi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində davam etdirilir.

"Vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, İlhamə Məmmədova noyabrın 16-da hündürlükdən yıxılma səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, hər iki bud sümüyünün sınığı diaqnozları təyin edilib.

Fəridə, Bizim.Media