Şahbaz Şərif Rusiyaya səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya üçgünlük səfər edəcək.

Bu barədə "Dawn" nəşri məlumat yayıb.

Səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə təhlükəsizlik, ticarət və enerji məsələləri ətrafında danışıqlar aparmağı planlaşdırır.