Ölkəmizə ilk hücum edən ukraynalılar idi - Skandal sözlər

1968-ci ildə Sovet İttifaqının Çexoslovakiyaya müdaxiləsinin və “Praqa baharı” adlanan hərəkatın yatırılmasının arxasında ukraynalılar dayanırdı.

Bunu Slovakiyanın xarici işlər naziri Yuray Blanar ölkə televiziyasında yayımlanan siyasi tok-şou zamanı deyib.

1968-ci il hadisələrindən danışan nazir Slovakiyaya gələn ilk sovet alayının ukraynalılardan ibarət olduğunu bildirib. O, həmçinin həmin dövrdə Sovet İttifaqının lideri olan Leonid Brejnevin də ukraynalı olduğunu qeyd edib.

Tok-şouda iştirak edən müxalifət lideri Mixal Şimeçka isə hadisələrin bu cür şərh edilməsinə etirazını bildirib:

“Doğrudanmı, bunu ciddi deyirsiniz?”.

Şimeçka xatırladıb ki, Sovet İttifaqı, o cümlədən Ukrayna xalqı üçün də xalqlar həbsxanası olub. O, həmçinin Çexoslovakiyaya hərbi müdaxilə barədə qərar qəbul edən Siyasi Büronun (Politbüro) Moskvada yerləşdiyini vurğulayıb.