Avropa hələ də ABŞ-dan asılıdır - Karrenbauer

Avropa ölkələri müəyyən əsas hərbi sahələrdə, xüsusilə də hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı qalmaqdadırlar.

Bunu Almaniyanın keçmiş müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

“Avropa öz təhlükəsizliyini təmin etmək məsələsində daha çox özünə güvənməlidir, amma Vaşinqtonun tamamilə əvəz edilməsindən söhbət gedə bilməz”, - Karrenbauer bildirib.