Ukraynanın Kiyev vilayətinin Dimer qəsəbəsində yaşayış binasına dron hücumu nəticəsində bina qismən dağılıb. Dağıntılar altında 14 nəfərin qala biləcəyi bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir:
"Beşmərtəbəli binanın bir hissəsi dağılıb, indiyədək 9 nəfər təxliyə edilib, yanğın isə lokallaşdırılıb. Hazırda 14 nəfərlə əlaqə yaratmaq mümkün olmayıb",
Zelenski bildirib ki, son bir həftə ərzində Rusiya ordusu Ukraynanın 20-dən çox bölgəsinə hücum edib:
"Bu müddətdə ölkəyə təxminən 2700 dron, 1460 aviabomba və müxtəlif növ 165 raket atılıb".
Ukrayna Prezidenti hücumların intensivləşməsi fonunda ABŞ-ni PURL proqramı çərçivəsində maliyyəsi tərəfdaşlar tərəfindən ödənilmiş "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin Kiyevə göndərilməsinə icazə verməyə çağırıb.