Qalibaf: ABŞ hərbi əməliyyatlarla İranda məqsədlərinə çata bilməz

ABŞ 40 günlük müharibəyə bənzər hərbi əməliyyatlarla İrana qarşı məqsədlərinə çata bilməyəcəyini anlayıb.

Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Koordinasiya Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə ABŞ-nin əsas prioriteti hərbi münaqişə əvəzinə iqtisadi təzyiqlər göstərmək və ölkə daxilində parçalanma yaratmağa yönəlmiş digər addımlar planlaşdırmaqdır.

M.B.Qalibaf bu çəkindirmə gücünün İran silahlı qüvvələrinin fədakarlığı, iradəsi və tədbirli fəaliyyəti sayəsində əldə olunduğunu vurğulayıb.