Kosmosda tarixi hadisə: İki aparat Merkurinin orbitinə daxil oldu - Foto

Günəş sisteminin daxili hissəsində səkkiz il davam edən uçuşdan sonra tarixdə ilk dəfə eyni vaxtda iki kosmik aparat Merkuri ətrafındakı orbitə daxil olub. Onların qarşısında Günəş sisteminin ən kiçik planetinin bir sıra sirlərini açmaq vəzifəsi dayanır.