Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Jozef Aunu Milli Gün münasibətilə təbrik edib.
İlham Əliyev təbrikində Livanın Müstəqillik Günü münasibətilə Jozef Aunu və Livan xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib.
Dövlət başçısı Livan Prezidentinə möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Livan xalqına isə əmin-amanlıq və rifah arzulayıb.