Dünyada ən çox oxunan kitablar – Milyonların sevimli əsərləri

Dünya ədəbiyyatında elə kitablar var ki, əsrlər keçsə də, populyarlığını itirmir. Bəzi əsərlər yüz milyonlarla nüsxə satılaraq dünyanın ən məşhur kitabları sırasına daxil olub.

Dünyada ən geniş yayılan kitablar arasında Bibliya xüsusi yer tutur. Müxtəlif dillərdə milyardlarla nüsxəsi çap edilən bu dini mətn tarixdə ən çox yayılan nəşrlərdən hesab olunur.

Çin lideri Mao Tszedunun sitatlarından ibarət “Kiçik qırmızı kitab” da geniş tirajı ilə tanınır.

Bədii ədəbiyyatda isə Migel de Servantesin “Don Kixot” romanı ən məşhur əsərlərdəndir.

Çarlz Dikkensin “İki şəhərin hekayəsi”, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” və C. R. R. Tolkienin “Üzüklərin hökmdarı” əsərləri də böyük oxucu auditoriyası qazanıb.

Coan Roulinqin “Harri Potter” kitablar silsiləsi isə müasir dövrün ən uğurlu nəşr layihələrindəndir.

Aqata Kristinin “On zənci balası” adı ilə nəşr edilmiş, sonradan “Və heç kim qalmadı” adı ilə tanınan detektiv romanı da çoxsatılan əsərlər sırasındadır.

Qeyd edək ki, kitabların dəqiq oxunma sayını müəyyənləşdirmək mümkün deyil. Buna görə belə siyahılar əsasən satış, çap tirajı və yayılma göstəricilərinə əsaslanır.