Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Jozef Auna təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".