Astarada qəza oldu, 5 kəndin qazın kəsildi

Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ərçivan qəsəbəsindən keçən qaz xətti zədələnib.

Bu səbəbdən rayonun beş kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Hadisə ilə əlaqədar səhər saatlarından etibarən Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.