İtaliyanın Baş naziri Corcia Meloni Ukraynanın “Sülhməramlı” məlumat bazasına italyanların da daxil edilməsinə görə Vladimir Zelenskini qınayıb.
Bu barədə “İl Fatto Quotidiano” qəzeti məlumat yayıb.
Məlumata görə, Berlində "İstəklilər koalisiyası"nın toplantısı çərçivəsində Zelenski ilə görüşü zamanı Meloni bunun qəbuledilməz olduğunu bildirib.
Nəşr bildirib ki, İtaliyada Avropa Parlamentinin üzvlərinin adlarının “Sülhməramlı” məlumat bazasına daxil edildiyinin aşkar olunmasından sonra qalmaqal baş verib.
Siyahıda İtaliya baş nazirin müavini Matteo Salvininin də adı tapılıb. Salvini məlumat bazasına təxminən 10 il əvvəl əlavə edilib.