Astarada 5 kənd yol qəzasına görə qazsız qaldı

Astara da yol qəzası zamanı qaz xətti zədələnib.

Hadisə səhər saatlarında Ərçivan qəsəbəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil idarəetməni itirərək, qaz xəttinə çırpılıb.

Xəttin zədələnməsi nəticəsində Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.