İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Oxu24.com-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Qeyd olunub ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.