İranın şimal-şərqində yerləşən Nişapur şəhərində evdə hazırlanan spirtli içkidən kütləvi zəhərlənmə baş verib. Hadisə nəticəsində 33 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü ölüb.
“Mehr News Agency”yə istinadən, Nişapur Tibb Universitetinin müalicə üzrə müavini zəhərlənənlərin sayının 33 nəfərə çatdığını bildirib.
Məlumata görə, zəhərlənənlərdən ikisinin beyin ölümü keçirdiyi qeyd olunub. Həkimlər digər pasiyentlərin vəziyyətini nəzarətdə saxlayır.
Hadisə ilə bağlı polis səkkiz şübhəlini saxlayıb. Araşdırmalar davam etdirilir.