ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair əldə olunacaq razılaşma uzunmüddətli xarakter daşımalıdır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Ağ Ev rəhbəri imzalanacaq sənədin gələcək administrasiyalar dövründə də qüvvədə qalmasının vacibliyini vurğulayıb:
"Mən İranla elə bir razılaşma bağlamaq niyyətindəyəm ki, hətta 4, 15 və ya 20 ildən sonra səriştəsiz bir prezidentimiz olsa belə, imzaladığım sənəd dəyişməz qalsın. Onların nüvə silahına malik olmasına qətiyyən yol verməyəcəyəm".
Tramp həmçinin əlavə edib ki, Vaşinqton İranda hakimiyyət dəyişikliyində maraqlı deyil.