ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Fars körfəzi üzərində Amerika Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına hücum etməsi barədə məlumatları təkzib edib. CENTCOM bu barədə “X” sosial şəbəkəsində açıqlama yayıb.“İran ötən gün ABŞ-ın F-16 qırıcısına hücum etməyib. Yaxın Şərqdəki bütün Amerika qırıcıları təhlükəsiz vəziyyətdədir”, – deyə komandanlıq bildirib.