Bakı, 21 noyabr, AZƏRTACHörmüz boğazının açılması məsələsi İranın tələbləri yerinə yetirilməyənədək gündəmdə deyil. AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına bildirib.“Bizim mövqeyimiz aydındır: İranın tələbləri yerinə yetirilənə qədər Hörmüz boğazı və onun açılması məsələsi əhəmiyyətsizdir”, - deyə o əlavə edib.Əraqçinin sözlərinə görə, Tehran həmişə müdafiəyə hazır olduğu kimi, danışıqlara da hazır olduğunu bildirib. Nazir qeyd edib ki, Qətər nümayəndə heyətinin Tehrana səfəri qeyri-adi hal deyil. İran və ABŞ arasında vasitəçilər müntəzəm olaraq səfərlər edir, ideya və təkliflərini çatdırırlar.Qeyd edək ki, Qətər nümayəndə heyəti şənbə günü gecə Tehranda danışıqlar aparıb.